newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2020-ci ilin I yarımili ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin 6 ayı ərzində 171.547 zəng daxil olub (ötən ilin analoji dövrü 53.303 zəng - ötən ilin analoji dövrü ilə müqayisədə bu il 68.9% artım deməkdir). Daxil olan zənglərdən 157.611-i Azərbaycan, 12.159-u rus, 1777-si isə ingilis dilində cavablandırılıb.

6 ay ərzində qəbul edilən zənglərin 42.198-i müvəqqəti olma müddətinin uzadılması, 29.576-sı müvəqqəti yaşama icazəsi, 10.058-i iş icazəsi, 8907-si vətəndaşlıq məsələləri, 7710-u inzibati xəta, 4454-ü daimi yaşama icazəsi, 2463-ü olduğu yer üzrə qeydiyyat, 66.181-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur