newsPhoto

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinin fəaliyyətinə dair ELAN:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, eləcə də 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğunu nəzərə alaraq, Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi 26-28 iyun tarixlərində məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Təcili olmadığı təqdirdə suallarınızı Çağrı Mərkəzinə 29 iyun tarixindən etibarən ünvanlamağınızı xahiş edirik.

Bununla yanaşı, sizi maraqlandıran sualları Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MİGAZ mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərsiniz.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur