newsPhoto

Azərbaycandakı qaçqın icma nümayəndələrinin və sığınacaq axtaran şəxslərin diqqətinə!

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) ilə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) arasında əldə olunmuş razılığa əsasən, 1 iyul 2020-ci il tarixindən etibarən BMT QAK-ın qaçqın statusunu müəyyənləşdirməsi məqsədilə fərdi iddialara baxılması və BMT QAK-ın himayə sənədlərinin verilməsində aşağıdakı dəyişikliklər ediləcək:

• 1 iyul 2020-ci il tarixində və həmin tarixidən sonra Azərbaycan Respublikasında sığınacaq üçün müraciət etmiş şəxslərə BMT QAK tərəfindən Himayə Sənədi verilməyəcək;

• 1 iyul 2020-ci il tarixində və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslər inzibati və məhkəmə qaydasında şikayət mərhələləri də daxil olmaqla, bütün milli sığınacaq proseduru ərzində DMX tərəfindən verilən Müvəqqəti Şəhadətnamə ilə təmin ediləcəklər;

• BMT QAK yalnız 1 iyul 2020-ci il tarixinə qədər sığınacaq üçün müraciət etmiş şəxslərə himayə sənədinin verilməsini və uzadılmasını davam etdirəcək;

• Bu dəyişikliklər 1 iyul 2020-ci il tarixindən əvvəl Azərbaycanda sığınacaq üçün müraciət etmiş şəxslərin BMT QAK-da qeydiyyatı və ya sənədləşdirilməsi prosesinə heç bir mənfi və ya retroaktiv təsir göstərməyəcək;

• BMT QAK yalnız 1 iyul 2020-ci il tarixinə kimi sığınacaq üçün müraciət etmiş və monitorinq prosesi nəticəsində BMT QAK-da qaçqın statusunun müəyyənləşdirilməsi tövsiyə olunmuş şəxslər üçün qaçqın statusunun müəyyənləşdirilməsini davam etdirəcək;

• Beləliklə, 1 iyul 2020-ci il tarixində və ondan sonra sığınacaq üçün müraciət etmiş şəxslərin vəsatətlərinə yalnız DMX və milli məhkəmələr tərəfindən baxılacaq; BMT QAK tərəfindən baxılmayacaq.

• BMT QAK yalnız yardım (hüquqi, tibbi, maliyyə və s.) göstərilməsi və müəyyən edilmiş uyğunluq meyarlarına əsasən, monitorinq məqsədilə 1 iyul 2020-ci il tarixindən sonra müraciət etmiş şəxslərin qeydə alınmasını həyata keçirəcək;

• Bununla belə, BMT QAK aidiyyətində olan şəxslərin himayəsi və onlara yardımı sahəsində müntəzəm fəaliyyətlərini davam etdirəcək. 

Yuxarıda qeyd olunan dəyişikliklərlə əlaqədar suallarınızla bağlı bazar ertəsindən cümə gününə kimi saat 10:00-dan 13:00-dək BMT QAK-ın hüquqi məsləhət xəttinə +994 51 207 59 96 və ya 012 492 14 43 (əlavə olaraq 2 düyməsinə basın) nömrəsinə zəng edə və ya BMT QAK-ın azeba@unhcr.org elektron poçtuna yaza bilərsiniz.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur