newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin may ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin may ayı ərzində 34574 zəng daxil olub. Onlardan 31470-i Azərbaycan dilində, 2894-ü rus dilində, 210-u isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 18172-si müvəqqəti olma müddətinin uzadılması, 7815-i müvəqqəti yaşama icazəsi, 1544-ü iş icazəsi, 563-ü daimi yaşama icazəsi, 403-ü vətəndaşlıq məsələləri, 63-ü olduğu yer üzrə qeydiyyat, 5635-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur