newsPhoto

Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının videokonfrans formatında iclası keçirilib

İclasda ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkət rəhbərləri və iş adamları iştirak ediblər. Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, fəaliyyətin mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmini istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti bitən və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddəti heç bir müraciət tələb olunmadan avtomatik uzadılıb. Notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul edilib.

İş adamları pandemiya dövründəki fəaliyyətləri barədə məlumat veriblər. Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətləri yüksək qiymətləndirərək təklif və tövsiyələrini səsləndiriblər.

Videokonfrans müzakirələrlə davam etdirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur