Müstəqil Dövlətlər Birliyində 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Yaddaş yolu” layihəsinə start verilib
MDB ölkələri Müdafiə Nazirlikləri katibliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Böyük Vətən müharibəsində iştirak etmiş insanlar haqqında axtarış-məlumat portalları yaradılıb. İnformasiya-axtarış sisteminin yaradılmasında məqsəd faşizmlə mübarizə aparmış hər bir iştirakçının adını əbədiləşdirməkdir.
Hazırda sıravi vətəndaşlar tərəfindən müharibə iştirakçıları haqqında qısa məlumat və şəkillərin doroga.mil.ru və ya pamyat-naroda.ru saytlarında yerləşdirilməsi həyata keçirilir.
Milyonlarla müharibə iştirakçısı sırasında Azərbaycan döyüşçülərinin adlarını “Yaddaş yolu”nda həkk etmək istəyənlər cəbhədə vuruşmuş ailə üzvləri, qohumları, tanışları haqqında qısa məlumatı aşağıda göstərilən link vasitəsilə açılan səhifədə yerləşdirə bilərlər.