Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə
Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən elan edilir ki, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 16-24 mart tarixləri aralığında bitən və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin də müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur.