newsPhoto

Miqrasiya könüllüləri “Xocalıya ədalət” kampaniyasına dəstək nümayiş etdiriblər

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Miqrasiya könüllüləri aksiya keçiriblər. Onlar paytaxtın Nizami küçəsində, o cümlədən alış-veriş mərkəzlərinin qarşısında əcnəbilərə və gənc nəslə Xocalı soyqırımının təfərrüatlarını əks etdirən informasiya bülletenləri və flayerlər paylayıblar. Kampaniyaya qatılanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı barədə ətraflı məlumatlandırılıblar. Aksiya boyu insanlar xüsusi hazırlanmış çərçivədə şəkillər çəkdirib şəxsi sosial hesablarında paylaşıblar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur