Növbəti səyyar xidmət Salyan və Neftçalada keçirilib
Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Salyan və Neftçala rayonlarında sənədsiz və qeydiyyatsız yaşayan 12 nəfərə yaşadığı ünvanda səyyar xidmət göstərilib. Onlardan 5-nə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması, 1 nəfərə isə tanınmaması ilə bağlı qərar təqdim olunub.
Müraciət edənlərdən 1-i müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, digəri vətəndaşlıq mənsubiyyətinin yenidən araşdırılmasını bildirən məktub, 2 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün tələb olunan sənədlərin siyahısını əldə edib.