newsPhoto

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Şəki Regional Miqrasiya İdarəsinin xidməti ərazisinə daxil olan Zaqatala rayonunda məktəb direktorları və təhsil işçiləri ilə görüş keçirilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi, müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı görülən işlərdən söhbət açılıb. Qanunsuz miqrasiya halları ilə mübarizə sahəsində son illərdə əldə olunan nəticələrə toxunulub.

Sonda suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur