Dövlət Miqrasiya Xidməti Ucar rayonunda səyyar xidmət təşkil edib
Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisi olan Ucarda təşkil edilən səyyar xidmətin imkanlarından 12 nəfər istifadə edib. Onlardan 4-ünə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 1 nəfərə isə daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib.
Müraciət edənlərdən 1-i Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sənəd verib. 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, iş icazələrinin alınması ilə bağlı tələb edilən sənədlərin siyahısı təqdim olunub.
Səyyar xidmətin təşkilində məqsəd vətəndaşların, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunu, onların müraciətlərinin yerində və operativ həllini təmin etməkdir.