“Miqrasiya məktəbi-2” layihəsində növbəti təlimlər keçirilib
Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində növbəti təlim DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov tərəfindən “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda təşkil edilib.
Təlim çərçivəsində iştirakçılara Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyət istiqamətləri, miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.