newsPhoto

Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı müzakirə edilib

Dövlət Miqrasiya Xidmətində Açıq hökumətin təşviqi üzrə 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı layihəsi aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri, ekspertlərin  iştirakı ilə  müzakirə edilib.

Tədbirdə qeyd edilib ki, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi nəticəsində ölkəmiz böyük uğurlar qazanıb. Bundan əvvəl də açıq hökumət prinsipləri əsasında həyata keçirilən tədbirlər informasiyanın əlçatanlığının təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı özündə ehtiva edib. 2020-2022-ci illəri əhatə edən yeni Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsində də korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının təmin edilməsi, dövlət xidmətlərin təkmilləşdirilməsi, informasiya əldə edilməsinin daha da sadələşdirilməsi və digər istiqamətlərdə tədbirlərin reallaşdırılmasının nəzərdə tutulması təqdirəlayiqdir.

Daha sonra Milli Fəaliyyət Planı layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Sonda sənəd layihəsinin müvafiq icra hakimiyyəti  orqanına təqdim olunması qərara alınıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur