Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında 2 fevral Gənclər Günü münasibəti ilə yarış keçirilib
2 fevral Gənclər günü ərəfəsində Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında boulinq üzrə yarış keçirilib. Miqrasiya könüllülərinin də iştirak etdiyi tədbirdə 16 komanda mübarizə aparıb. DMX-nin Həmkarlar İttifaqı komitəsi ilə birgə təşkil olunan yarışda DMX-nin Vətəndaşlıq məsələləri baş idarəsinin “Strike” komandası 1-ci yerə layiq görülüb. Miqrasiya nəzarəti baş idarəsinin “Leqal” və Bakı Regional miqrasiya idarəsinin “Lucky Strike” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerə çıxıblar. Fərdi xal hesabına görə kişilər arasında Rişad Zeynalov, qadınların yarışında isə Samirə Musayeva ən yüksək nəticə göstəriblər. Qalib və mükafatçılar diplomlarla təltif ediliblər. Yarışların ən gənc və fəal üzvü Leyla Əliyeva və ən yaşlı iştirakçısı Misirxan Heydərova da diplomlar təqdim olunub.