Dövlət Miqrasiya Xidməti Qobustanda səyyar xidmət təşkil edib

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Ağsu regional  miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunun ucqar və dağlıq ərazisində yerləşən Xilmilli kəndində səyyar xidmət göstərilib.

Səyyar xidmət zamanı 2 nəfərə Gürcüstan səfirliyinə təqdim etmək üçün Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınmaması barədə arayış təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur