Noyabrda Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təşkil edilən kursda 57 əcnəbi iştirak edib
Cari ilin noyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən kursda 5 qrup üzrə ümumilikdə 57 dinləyici iştirak edib.
94 saatı əhatə edən tədris kursu Miqrasiya Məcəlləsində müəyyən edildiyi kimi ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilinin leksikası və qrammatikası, tarixi və mədəniyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmələri məqsədilə təşkil edilir.
Qeyd edək ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkə qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə keçirilən müsahibədə kurs dinləyicilərindən 87%-i müsbət nəticə göstərib.