newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı Nümayəndəliyinin Koordinatoru ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin Koordinatoru cənab Teoman Tiryaki ilə görüşüb.

Qonağı səmimi salamlayan Xidmət rəisi qonağa Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, gördüyü işlər barədə geniş məlumat verib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən cənab Teoman Tiryaki qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Xidmət və TİKA arasında əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur