newsPhoto

Gənclik İnkişaf Forumunun növbəti qonağı Olimpiya çempionu Fərid Mansurov olub

Miqrasiya Könüllüsü İctimai Birliyinin təsis etdiyi Gənclərin İnkişaf Forumunun 3-cü toplanışı uğurla başa çatıb. Bu dəfə gənclərlə görüşə Olimpiya çempionu, ikiqat Dünya Çempionu, Dünya çempionatının gümüş mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov təşrif buyurub.

Səmimi keçən görüşdə məşhur idmançımız keçdiyi çətin və şərəfli həyat yolu haqqında danışıb. İdmançı karyerasının ən unudulmaz xatirələrini gənclərlə bölüşüb, mübarizliyin və qətiyyətin insan xarakterində ən vacib amillərdən biri olduğunu diqqətə çatdırıb. “Sağlam gələcək” mövzusunda çıxış edən çempion bütün gənclərə bədən tərbiyəsi ilə məşğul olmağı tövsiyə edib. Gənclərin çoxsaylı suallarını cavablandıran Fərid Mansurov gələcəkdə də Miqrasiya könüllüləri tərəfindən təşkil olunacaq müxtəlif layihələrdə davamlı iştirakına həvəslə qatılacağını, Azərbaycanın digər Olimpiya və Dünya çempionları ilə görüşlərin təşkilində yaxından dəstək verəcəyini bildirib.

Sonda xatirə şəkli çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur