newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Regional Portfolio meneceri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Regional Portfolio meneceri xanım Violeta Vaqnerlə görüşüb.

Qonağı səmimi salamlayan Xidmət rəisi vətəndaşlarımızın cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsi məqsədilə “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin uğurla həyata keçirildiyini bildirib. Vurğulayıb ki, layihə çərçivəsində göstərilən dəstək nəticəsində tibbi müayinə və müalicə, uşaqlar üçün təhsil kurslarının haqqının ödənilməsi, əlil arabalarının alınması, onların reabilitasiya mərkəzlərinə yerləşdirilməsi, şəxsiyyət vəsiqələrinin bərpası və bu kimi digər məsələlər reallaşdırılır.

Layihəyə “Miqrasiya Könüllüləri”nin də cəlb olunduğunu deyən Xidmət rəisi uşaqların daimi müalicəsi məqsədilə yerləşdirilmələri üçün ölkəmizdə fəaliyyət göstərən dövlət, özəl və digər Reabilitasiya Mərkəzləri ilə bağlı araşdırma aparıldığını diqqətə çatdırıb. Həmçinin Xidmət tərəfindən həyata keçirilən müxtəlif layihələr barədə də qonağa ətraflı məlumat verib.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Regional Portfolio meneceri xanım Violeta Vaqner qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Həmçinin RESTART layihəsinin uğurlu nəticələrindən danışıb.

Görüşdə qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur