newsPhoto

Miqrasiya Könüllüləri yenidənqurmadan sonra açılmış Sabunçu-Pirşağı dəmir yolu xəttinin Pirşağı stansiyası ilə tanış olublar

Miqrasiya Könüllüləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin dəvəti ilə Pirşağı stansiyasında olublar. QSC-nin mətbuat katibliyi şöbəsinin əməkdaşları Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttində yerləşən stansiya barədə ətraflı məlumat veriblər.

Könüllülər, həmçinin qatarların idarə edilməsi ilə bağlı iş prosesini tənzimləyən qurğuya, velosiped və avtomobillər üçün salınan parklanma yerlərinə baxıblar, stansiyanın yenidən qurulan binası ilə tanış olublar.

Sonda Miqrasiya Könüllülərinə xatirə hədiyyələri təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur