newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bolqarıstanın Daxili İşlər naziri Mladen Marinovla görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Bolqarıstan Respublikasının Daxili İşlər naziri cənab Mladen Marinovun rəhbərlik etdiyi  nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycanla Bolqarıstan arasında əlaqələrin yüksələn xətlə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdıran Vüsal Hüseynov sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəmizdə sabitliyin tam təmin edildiyini, əcnəbilərin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu söyləyib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti miqrantların, o cümlədən xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi məqsədilə bir sıra ölkələrlə miqrasiya sahəsində ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın inkişaf etdirilməsində, müqavilə-hüquq bazasının genişləndirilməsində maraqlıdır.

Xidmət rəisi qeyd edib ki, hər iki dövlətin məsul qurumlarının rəhbərlərinin yüksək səviyyəli qarşılıqlı səfərlərinin, ekspert səviyyəsində görüşlərin təşkili mövcud əməkdaşlığın genişləndirilməsinə öz müsbət töhfəsini verir.

Mladen Marinov Azərbaycana səfərindən və ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinin, həmçinin daha sıx görüşlərin təşkilinin hər iki ölkənin miqrasiya proseslərinin tənzimlənməsi üçün yeni imkanlar yaradacağını qeyd edib.

Görüşdə mövcud əməkdaşlıq, eləcə də perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Azərbayсan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev və Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak ediblər.

Daha sonra Bolqarıstanın Daxili İşlər naziri Mladen Marinov Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış olub və muzeyin xatirə kitabına ürək sözlərini yazıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur