Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 2019-cu ilin noyabr ayının 18-dən dekabr ayının 16-dək Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə ELAN EDİR
Ali təhsilə malik olan Azərbaycan Respublikası vətəndaşları aşağıda adları qeyd olunan vakant vəzifələrə qulluğa qəbulla əlaqədar müsabiqəyə dəvət olunurlar:
- Gəncə regional miqrasiya idarəsi –1 yer (inspektor);
- Lənkəran regional miqrasiya idarəsi – 2 yer (inspektor);
- Xaçmaz regional miqrasiya idarəsi – 3 yer (inspektor);
- Şəki regional miqrasiya idarəsi – 2 yer (inspektor);
- Ağsu regional miqrasiya idarəsi – 2 yer (inspektor);
- Yevlax regional miqrasiya idarəsi – 3 yer (inspektor);
- Şirvan regional miqrasiya idarəsi – 2 yer (inspektor);
- Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor);
- Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi – 1 yer (inspektor-tərcüməçi).
Vakant vəzifələrin tələblərinə cavab verən, müsabiqənin test mərhələsində iştirak etmək arzusu olan şəxslər yalnız bir vakant vəzifəyə işə qəbul edilməsi üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə elektron qaydada (göstərilən link vasitəsilə) https://eservices.dim.gov.az/elimt/Miqrasiya müraciət edə bilər.
Test imtahanı ilə bağlı aşağıdakı qeyd pəncərəsinə diqqət yetirməyiniz xahiş olunur:
1. Sizin ali təhsil haqqında məlumatlarınız "Tələbə - məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılarkən məlumat aşkar edilmədiyi təqdirdə sənədləriniz qəbul edilməyəcəkdir. "Tələbə - məzun" dövlət elektron məlumat sisteminə sizin təhsil məlumatlarının daxil edilməsi üçün bitirdiyiniz ali təhsil məktəbinə müraciət etməlisiniz. 2. Namizədlərin imtahanda iştirak etmək üçün ödənişin məbləği 70 AZN, ƏDV-siz təyin edilmişdir. 2019-cu ilin mart ayından Dövlət İmtahan Mərkəzi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçdiyi üçün, 2019-cu il aprelin 1-dən imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilir. Beləliklə, imtahan qiyməti 70+12 (18% ƏDV) = 82 AZN təşkil edir. 3. İmtahan iştirakçıların sayından asılı olaraq kompyuter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaqdır. İmtahan kompyuter vasitəsilə aparılacaq təqdirdə Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanda keçiriləcəkdir. İmtahan kağız daşıyıcılar vasitəsilə aparılacaq təqdirdə imtahan yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcəkdir. Buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra qeydiyyat səhifəsindən yükləyə bilərsiniz. Qeyd: Sənəd qəbulu dekabrın 16-sı saat 18:00-da başa çatacaq. |
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.
Aşağıda göstərilən şəxslər ixtisas imtahanından azad edilirlər və onlarla yalnız söhbət aparılır:
- prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən şəxslər;
- digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları;
- hüquq sahəsində elmi dərəcəsi olan şəxslər.
İxtisas imtahanından azad edilən şəxslər şəxsən sənədlərini (kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (kişilər üçün), əmək kitabçasının surəti (olduğu təqdirdə), 2 (iki) ədəd foto şəkil (3x4sm ölçüdə)) 2019-cu il noyabr ayının 18-dən dekabr ayının 16-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.
Ali hüquq təhsilinə və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.
Əlaqə nömrəsi: (012) 562-53-01
Müsabiqəyə çıxarılan vakant vəzifələr haqqında məlumat