newsPhoto

Miqrasiya əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər

Dövlət Miqrasiya Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ətraf mühit, iqlim dəyişikliyi məsələlərinə ictimai diqqəti artırmaq və məlumatlandırmaq, həmçinin Azərbaycan Respublikası Hökumətinin yaşıllıq, eləcə də ətraf mühitlə bağlı təşəbbüslərinə dəstək məqsədilə zeytun bağının salınmasına start verilib.

Miqrasiya Könüllülərinin də iştirak etdiyi tədbir Səbail rayonundakı “Velopark” ərazisində təşkil olunub. İştirakçılar 220 zeytun ağacı əkiblər. Yeni ağacların əkilməsində münbit torpaq və mineral gübrələrdən istifadə olunub, onların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi və zeytun bağının daha da genişləndirilməsi nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur