Göyçayda sakinlərə səyyar xidmət göstərilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin əməkdaşları Göyçayda sosial və sağlamlıq imkanları məhdud olan 2 nəfərə yaşadıqları ünvanda səyyar xidmət göstəriblər.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında imzaladığı sərəncamın icrası olaraq, 1 nəfərə vətəndaşlığa qəbulla bağlı arayış, daha 1-inə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilib. Sakinlər göstərilən xidmətlərdən məmnunluqlarını bildiriblər.

Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda səyyar xidmət tədbirləri davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur