Dövlət Miqrasiya Xidmətində Əfqan icmasının nümayəndələri ilə görüş keçirilib
Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Azərbaycanda məskunlaşmış və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin himayəsində olan Əfqan icmasının üzvlərini qəbul edib.
Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilən qəbulda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin səlahiyyətli əməkdaşları da iştirak ediblər.
Görüş zamanı BMT QAK-ın himayəsində olan şəxslərin müraciətləri dinlənilib, onların cəmiyyətə inteqrasiyası, məşğulluğunun təminatı və digər məsələlər müzakirə edilib, bu istiqamətdə görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.