Dövlət Miqrasiya Xidmətinin İT (informasiya texnologiyaları) məktəbində təlimlər davam edir
Şəbəkə təhlükəsizliyi avadanlıqları ilə bağlı növbəti seminarda DMX-nin əməkdaşı Kamil Şirəliyev iştirakçıları Cisco ASA (Adaptive Security Appliance) mövzusunda məlumatlandırıb.
Təlimlərdə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompyuter elmləri, oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin müvafiq iş təcrübəsi olan gənclər iştirak edirlər.
Proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar və praktiki biliklər tədris olunur. İT məktəbinin üzvlərinə, həmçinin Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanları yaradılır.