Dövlət Miqrasiya Xidmətində qaçqın statusu almış aztəminatlı ailələrlə görüş keçirilib
Yeni tədris ilinin başlanması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətində qaçqın statusu almış aztəminatlı ailələrlə görüş keçirilib. Xidmət əməkdaşlarının və Miqrasiya Könüllülərinin yaxından iştirak etdiyi tədbirdə məktəblilərə uğurlar arzulanıb.
Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri Aydan Seyidova Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təbriklərini çatdırıb. Şagirdlərə gələcək dərslərində uğurlar arzulayıb.
Sonda qaçqın statusu almış aztəminatlı ailələrin bu il 1-ci sinfə gedəcək övladlarına məktəbli geyimi və dərs ləvazimatları təqdim olunub.