newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Almaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Almaniya Federativ Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Qonağı səmimi salamlayan Vüsal Hüseynov Azərbaycan ilə Almaniya arasında münasibətlərin uğurla inkişaf etdiyini, uzunmüddətli və səmərəli işgüzar əlaqələrin mövcudluğunu bildirib.

Görüşdə miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur