newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Siyasi Psixologiya Məktəbinin üzvləri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Siyasi Psixologiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Siyasi Psixologiya Məktəbinin üzvləri ilə görüşüb.

DMX-nin mərkəzi aparatında təşkil edilən tədbiri giriş nitqi ilə açan  Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr,  tətbiq edilən innovasiyalar barədə geniş məlumat verib. Bildirib ki, gənclərin bilik və bacarıqlarının artırılması, miqrasiya sahəsində təcrübə qazanmaları üçün Xidmət tərəfindən mühüm layihə və tədbirlər reallaşdırılır. Məqsəd gənclərin gələcəkdə daha bacarıqlı və peşəkar kadr kimi yetişməsinə töhfə verməkdir.

DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri  Kəyan Hacıyev Xidmətin yaranma tarixi ilə bağlı təqdimatla çıxış edib.

Sonra Siyasi Psixologiya Məktəbinin üzvləri DMX-nin “919 Çağrı mərkəzi”nin, Bakı şəhər regional miqrasiya idarəsinin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar. Daha sonra gənclər Kürdəxanıda yerləşən Qanunsuz miqrantların saxlanılması mərkəzinə yollanıblar. Burada Mərkəzin fəaliyyəti, iş rejimi, daxili intizam qaydaları, miqrantların asudə vaxtlarının səmərəli təşkili, tədris otaqları, orada yerləşdirilən şəxslərin hüquqları və vəzifələri barədə geniş məlumat verilib. 

Görüş çərçivəsində məktəbin üzvlərini maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur