newsPhoto

Dövlət Miqrasiya Xidmətinin İT (informasiya texnologiyaları) məktəbində növbəti təlimlər keçirilib

İT məktəbində şəbəkə inzibatçılığına həsr olunmuş seminar davam edir. Təlimçi Kamil Şirəliyev bu dəfə “Cisco Routing & Switching” mövzusunu izah edib.

Təlimlərdə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompyuter elmləri, oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin müvafiq iş təcrübəsi olan gənclər  iştirak edirlər.

Proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar və praktiki biliklər tədris olunur. İT məktəbinin üzvlərinə, həmçinin Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanları yaradılır.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur