Qobustanın Xilmilli kəndində səyyar qəbul təşkil edilib
Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Qobustanın Xilmilli kəndində səyyar qəbul keçirilib. Qəbulda ümumilikdə 18 nəfər iştirak edib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fərdi qaydada dinlənilib, onlara vətəndaşsızlıq hallarının aradan qaldırılması yolları izah olunub. Müraciət edənlərə şəxsiyyəti təsdiq edən sənədlərin əldə olunması prosedurları izah edilib. Miqrasiya qanunvericiliyi ilə bağlı suallar cavablandırılıb.