newsPhoto

Dövlət Miqrasiya Xidmətinin İT (informasiya texnologiyaları) məktəbində növbəti təlim keçirilib

Şəbəkə inzibatçılığına həsr olunmuş seminarda təlimçi Kamil Şirəliyev “Cisco Routing & Switching” mövzusunu izah edib.

Təlimlərdə ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompyuter elmləri, oxşar ixtisaslar üzrə ali təhsilli, həmçinin müvafiq iş təcrübəsi olan gənclər  iştirak edirlər.

Proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar biliklərə yiyələnmək, praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək mümkündür.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur