newsPhoto

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Yardımlı rayonunda “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyəti başçısının I müavini Azər Xamıyev insan alveri və qanunsuz miqrasiyanın qarşısını almaq üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Daha sonra çıxış edən Lənkəran regional miqrasiya idarəsinin rəisi Səmədağa Abdullayev insan alveri və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr barədə məlumat verib. Bildirib ki, Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində insan alverinə qarşı mübarizə ilə əlaqədar qəbul edilmiş sənədlərin icrası istiqamətində müvafiq tədbirlər görür. O, regionlarda maarifləndirmə işinin təşkili məqsədilə müvafiq kampaniyaların davam etdirilməsinin önəmini vurğulayıb.

Tədbirdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda məruzə dinlənilib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur