newsPhoto

“Miqrasiya Könüllüləri” Xaçmaz regional miqrasiya idarəsində olublar

Səfər çərçivəsində “Miqrasiya Könüllüləri” Xaçmaz regional miqrasiya idarəsinin fəaliyyəti, gündəlik iş rejimi, vətəndaşların qəbulu prosesini izləyiblər. Məqsəd Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrində fəaliyyətə başlayan könüllüləri regional idarələrin iş prinsipi ilə yaxından tanış etməkdir. Bildirilib ki, Xaçmaz regional miqrasiya idarəsi 5 inzibati rayonu əhatə edir. Regional idarə miqrasiya sahəsində idarəetmə mexanizminin, o cümlədən DMX-nin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Daha sonra gənclər Quba “ASAN həyat” kompleksinə yollanıblar. Məlumat verilib ki, bu kompleks Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Burada “ASAN xidmət”, “ASAN təlim”, “ABAD” Mərkəzləri, “ABAD” Məktəbi fəaliyyət göstərir.

Dövlət Miqrasiya Xidməti və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin birgə təşkil etdiyi səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi də ziyarət olunub. Könüllülər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Kompleksdəki xüsusi xəritədə mənfur qonşularımızın ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat verilib.

Səfər “Miqrasiya Könüllüləri”ndə xoş təəssürat yaradıb


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur