newsPhoto

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında qaçqın kimi yarışan atletə dəstək nümayiş etdirilib

Paytaxt Bakı daha bir mötəbər tədbirə-“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. Festival çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda qızlar arasında 3 min metr məsafəyə qaçış keçirilib. Yarışa Eritreyadan olan, hazırda İsraildə qaçqın statusu almış 15 yaşlı idmançı Nazret Kobodom da qatılıb. Avropa Olimpiya Komitəsi adından çıxış edən atletə dəstək məqsədilə yarışı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso və Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova izləyib.

Bütün atletlərə uğurlar arzu edirik.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur