newsPhoto

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 170 əcnəbi saxlanılıb

 

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 170 əcnəbi saxlanılıb.

Onlardan 14-ünün gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəa­liy­yətlə məşğul olması, 23 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb olunması, 14-nün qeydiyyat ünvanı üzrə ya­şa­madığı, digər 119 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 143 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur