26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında futbol turniri keçirilib
DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan yarışda 4 komanda iştirak edib. Final matçında Bakı Regional Miqrasiya İdarəsinin Bakregion komandası ilə Miqrasiya Nəzarəti Baş İdarəsinin Leqal kollektivi qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşdə Bakregion 10-3 hesabı ilə qalib gələrək turnirin baş mükafatını qazanıb. Kubok və medalları Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təqdim edib.