newsPhoto

“Miqrasiya könüllüləri” beynəlxalq layihə çərçivəsində təlimlərə cəlb edilib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən  “Azərbaycanda insan alverinə qarşı  mübarizə üzrə milli potensialların artırılması” layihəsi çərçivəsində  insan alveri sahəsində diplomatik nümayəndəliklərin rolunun mühümlüyü və bununla bağlı maarifləndirmənin artırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin könüllülərinə  təlim təşkil olunub.

Təlim Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə üzrə Baş İdarəsinin  və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəyilinin əməkdaşları tərəfindən keçirilib.

Sonda təlimdə iştirak edən könüllülərə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur