Şəkidə turizm sektoru nümayəndələri miqrasiya sahəsində məlumatlandırılıblar
Yay turizm mövsümünün başlaması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin Şəki regional miqrasiya idarəsi tərəfindən maarifləndirmə tədbiri keçirilib.
Şəki regional miqrasiya idarəsinin xidməti ərazidə yerləşən mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazasının rəhbərləri də olmaqla ümumilikdə 38 nəfər iştirak etdiyi tədbirdə miqrasiya qanunvericiliyi, əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınma qaydaları, əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti, işə cəlb olunma qaydaları, həmçinin “MİGAZ” tətbiqinin istifadəsi və tətbiqində olan yeniliklər barədə məlumatların verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.