“Azərbaycan Respublikasında yeni İnzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda seminar keçirilib
Dövlət Miqrasiya Xidmətinin aparatında (DMX) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində “Azərbaycan Respublikasında yeni İnzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda seminar keçirilib.
Tədbirdə DMX-nın mərkəzi aparatının və Xidmətin regional miqrasiya idarələrinin əməkdaşları iştirak ediblər.
Seminarda Azərbaycan Respublikası Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və onun miqrasiya sahəsində tətbiqi, inzibati icraatın başlanılması əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrasına dair mövzuların təqdimatı edilib.