newsPhoto

Şəki könüllülərimiz təlimlərə başladı

Şəki Regional Miqrasiya İdarəsində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsi çərçivəsində könüllülərlə ilk təlimə start verilib. Ümumi tanışlıq xarakteri daşıyan təlimdə 19 gənc iştirak edib.

İlk təlim günündə gənclərə Xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında, həmçinin “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” layihəsinin məqsədi, perspektivləri və qarşıda olan hədəfləri barədə məlumat verilib. Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq  təcrübə əldə edəcəkləri, əcnəbi vətəndaşlarla ünsiyyətdə olacaqları, miqrasiya proseslərini yaxından izləyəcəkləri və yeni dostlar qazanacaqları barədə məlumatlandırılıblar. Həftədə 2 dəfə nəzərdə tutulan təlim proqramıında müxtəlif mövzular tədris olunacaq. Həmçinin gənclər Şəki regional miqrasiya idarəsində praktik məşğələlərə, müxtəlif tədbirlərə cəlb olunacaq, xidmətin fəaliyyətində könüllü şəkildə iştirak edəcəklər.
Şəkidə Miqrasiya könüllülərinin cərgəsinə qoşulmaq istəyən gənclər sheki@migration.gov.az ünvanına CV göndərə bilərlər. Əlaqə (024) 245-24-28.
Miqrasiya könüllüsü – sən fərqlisən !!!


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur