newsPhoto

Miqrasiya könüllüsü layihəsində qruplar üzrə işlərə yekun vurulub.

Aprelin 13-də Dövlət Miqrasiya Xidmətində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsinin növbəti mərhələsi keçirilib. Könüllülərin üstünlük verdikləri qruplar üzrə təşkilatlanma və qrup liderlərinin namizədliyi prosesi tamamlanıb. Ötən həftədən başlanan qrup işləri gənclərdə böyük maraq doğurub.  

Bu mərhələdə layihə çərçivəsində yaradılmış qruplar haqqında məlumat verilib, həmin qruplara rəhbərlik edəcək könüllü idarəedici gənclərin seçiləcəyi diqqətə çatdırılıb.

6 aprel tarixdə İctimaiyyətlə əlaqələr, Sponsorlarla iş, Layihələrin idarə olunması və İnformasiya texnologiyaları qruplarının fəaliyyəti barədə məlumat verilib, könüllülər arasından qrup liderliyinə namizəd olmaq istəyən gənclərin çıxışları dinlənilib, təkliflər müzakirə olunub.

Aprelin 13-də isə Dövlət qurumları ilə iş qrupu, Üzvlər ilə iş və təşkilatı məsələlər qrupu, Beynəlxalq əlaqələr qrupu və Araşdırmalar qrupunda  görüşlər keçirilib, tədbirlər planına uyğun olaraq proseslər davam etdirilib.

Tezliklə hər 8 qrup üzrə təlimlərə start veriləcək.

Miqrasiya könüllüsü – sən fərqlisən


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur