newsPhoto

Dövlət Miqrasiya Xidməti Qobustanda səyyar xidmət təşkil edib

Ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması və vətəndaşsızlıq hallarının aradan qaldırılması məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunun dağlıq və ucqar yaşayış məntəqəsi olan Xilmilli kəndində səyyar xidmət təşkil edilib.

Xilmilli kənd icra nümayəndəliyinin inzibati binasında ümumilikdə 25 nəfərə  səyyar xidmət göstərilib. Həmin şəxslərin sənədlərinə baxış keçirilib, onlarla fərdi maarifləndirici söhbətlər aparılıb, ölkədə yaşamalarının leqallaşdırılması məqsədilə hüquqi bağlılığı olduğu dövlətin ölkəmizdəki səfirliyindən müvafiq arayışlarla təmin olunduqdan sonra digər sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunub.

Səyyar xidmət zamanı şəxsləri maraqlandıran suallar cavablandırılıb, uzun müddət vətəndaşsızlıq vəziyyətində yaşayan 14 nəfərə Gürcüstanın ölkəmizdəki səfirliyinə müraciət etmələri tövsiyə olunub, 2 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı, 9 nəfərə müvəqqəti və daimi yaşama icazəsi almaq üçün tələb olunan sənədlərin siyahısı verilib.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə regionlarda səyyar xidmətlərin göstərilməsi davam etdirilir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur