Dövlət Miqrasiya Xidməti Qax və Zaqatalada səyyar xidmət təşkil edib

       Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən  Dövlət  Miqrasiya  Xidmətinə  edilən  bütün növ müraciətlərin qəbulunu yerində  və  operativ  şəkildə həyata keçirmək məqsədi ilə Şəki regional miqrasiya idarəsinin  xidməti  ərazisinə  daxil  olan Qax və Zaqatala şəhərlərində  səyyar xidmət  həyata  keçirilib.

Səyyar xidmətin imkanlarından 21 nəfər istifadə edib. Belə ki, onlardan 11 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış,  2 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri verilib.

Bundan başqa, 3 nəfərdən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur