newsPhoto

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü münasibətilə regional miqrasiya idarələrinin əməkdaşları təltif ediliblər

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü ərəfəsində silsilə tədbirlər davam etdirilir.

Növbəti tədbir Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyevin və Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri  Elman Əliyevin iştirakı ilə DMX-nın Ağsu Regional Miqrasiya İdarəsinin konfrans zalında təşkil olunub.

Dövlət Miqrasiya Xidmətinin 7  – Xaçmaz, Ağsu, Şirvan, Yevlax, Gəncə, Şəki, Lənkəran Regional Miqrasiya İdarələrinin, o cümlədən Yevlax şəhər Qanunsuz miqrantların saxlanması mərkəzinin rəhbərlərinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən Vəli Nağıyev  DMX-nın yaradılmasının 12-ci il dönümü, miqrasiya orqanları işçilərinin peşə bayramı uzun əsrlərdən bəri milli birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi xalqımız tərəfindən böyük məhəbbətlə qarşılanan Novruz bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.

Xidmət rəisinin birinci müavini DMX-nın 12 il ərzində keçdiyi inkişaf yoluna nəzər salıb, əldə edilən nailliyyətləri diqqətə çatdırıb. Bildirib ki, ötən müddət Xidmətin kollektivi üçün əlamətdar olub. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra ölkəmizdə  təkmil  miqrasiya qanunvericilyi qəbul edilib  və təkmilləşdirilib, miqrasiya sahəsində müasir informasiya texnologiyalarına əsaslanan idarəetmə sistemi yaradılıb, xidmətin keyfiyyəti yüksəldilib, vətəndaş məmnunluğunun artırılılması istiqamətində kompleks tədbirlər görülüb.

 Vəli Nağıyev söyləyib ki, Dövlət Miqrasiya Xidməti 12 il ərzində qarşıda duran vəzifələri uğurla icra edib. Xidmət rəisinin birinci müavini bundan sonra da Xidmət əməkdaşlarının öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, respublikada miqrasiya proseslərinin idarə olunması sahəsində qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

Sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaranmasının 12-ci ildönümü münasibəti ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun imzaladığı əmrlər elan olunub. Əmrə əsasən davranışlarına və xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşdıqlarına görə bir sıra əməkdaşlar mükafatlandırılıblar.

Xidmətdə fərqlənmiş 11 əməkdaş fəxri fərman,  3 əməkdaş “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikası medalı ilə təltif olunub. 5 əməkdaşa vaxtından əvvəl  xüsusi rütbələr verilib. 10 əməkdaşa isə Təşəkkür elan edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur