newsPhoto

Dövlət Miqrasiya Xidmətinin tanıtım video çarxı hazırlanıb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qurumun fəaliyyəti ilə bağlı tanıtım video çarxı təqdim edilib. 
Tanıtım videosunun hazırlanmasında əsas məqsəd  Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, xidmət bölmələri, göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etdikləri zamanı müraciətlərinin düzgün istiqamətləndirilməsinin təmin edilməsidir. Əsas hədəf qrupunun əcnəbilər olması nəzərə alınaraq tanıtım çarxı ingilis dilində hazırlanıb. Çarx həmçinin ölkəmizin turizm, investisiya imkanlarının təşviq edilməsi üzrə məlumatlandırmanın artırılmasına töhfə verir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur