newsPhoto

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin məlumatı

Şəki regional “ASAN xidmət” mərkəzində  mərkəz işçilərinin və ASAN Könüllülərinin ümumilikdə 32 nəfərin iştirakı  ilə  miqrasiya sahəsindəki yeniliklərlə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması mövzusunda görüş keçirilib. Tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin (DMX) fəaliyyət istiqamətləri, əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti, işə cəlb olunma qaydaları, DMX-nın elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. Xidmət tərəfindən təqdim olunan 11 elektron xidmətdən istifadə qaydaları izahlı video təlimat vasitəsi ilə əyani şəkildə göstərilib, bununla bağlı verilən suallar cavablandırılıb.
Həmçinin tədbir iştirakçılarına “MİGAZ”ın istifadəsi və tətbiqində olan yeniliklər ilə bağlı məlumatlar verilib və video təlimat vasitəsi ilə göstərilib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur