Dövlət Miqrasiya Xidməti Qoşakənd və İvanovka kəndlərində səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunun Qoşakənd və İvanovka kəndlərində sağlamlıq imkanı məhdud olan şəxslərin yaşadıqları ünvanlarda növbəti səyyar xidmət həyata keçirilib.
Səyyar xidmət zamanı 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı müraciətinin cavabı, həmçinin, 1 nəfərə müvəqqəti yaşama icazəsi, 3 nəfərə isə ölkədə daimi yaşamaq icazəsi almaq məqsədilə tələb olunan sənəd siyahıları izah olunmaqla təqdim edilib.