Dövlət Miqrasiya Xidməti Astara şəhərində maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Astara şəhər icra hakimiyyətində miqrasiya qanunvericiliyinin təbliği və “Astara” gömrük-sərhəd buraxılış məntəqəsində mirasiya bölməsinin fəaliyyəti barədə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə icra nümayəndələri, bələdiyyələr, rayonun ictimai aktiv sakinlərindən ibarət 35 nəfər iştirak edib.

Maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər və “Astara” dövlət sərhəd buraxılış məntəqəsində fəaliyyətə başlamış miqrasiya bölməsində göstərilən xidmətlər barədə iştirakçıları məlumatlandırıblar.  

Sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur