Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 519 əcnəbi saxlanılıb
2019-cu ilin yanvar ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 519 əcnəbi saxlanılıb. Onlardan 6 nəfəri Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə təşkil olunan tədbirlər zamanı müəyyən edilib.
Saxlanılan 53 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 14 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 452 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılan əcnəbilərdən 438 nəfər barəsində inzibati qərarlar verilib. Digər 14 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.